“…Haqlıdırlar, ancaq mənim “AZAL”-a təsir göstərmək səlahiyyətim yox”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Operativ Qərargaha bir dəfə Milli Məclisdə şifahi sorğu ilə, ardınca da yazılı sorğu ilə Naxçıvana təyyarə reyslərinin açılması ilə bağlı rəsmi müraciət etmişəm. Bu gün də yeni müraciəti imzalayıb göndərdim. Vəziyyət dözülməzdir, istirahət üçün getmək istəyənlər lütfən gözləsinlər, orada və burada üç aydır qalmağa məhkum olmuş insanlara, xəstələrə, uşaqlara öncüllük tanımaqla sərnişinlər dərhal daşınmalıdır. Təbii ki, karantin qaydalarının tələbləri gözlənməklə.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun dediyinə görə, söz vermişdilər 8 iyunda açsınlar, nədənsə etmədilər.

“Düşünürəm ki, həm Naxçıvanda, həm də burada xüsusi dövlət işçi qrup yaradılmalı, həmin qrup yaxın 10 günə bu gediş-gəliş məsələlərini, hər iki tərəfdən ardıcıllıqla gedəcək adamların siyahısını tərtib etməlidir. Bu insanların hava limanına çatdırılması üçün xüsusi nəqliyyat vasitələri ayrılmalıdır. Bilet almağa imkanı olmayan insanlara bileti dövlət təmin etməlidir. Çünki çoxusunun cibində pulu qalmayıb. Karantin müddətini keçmələri üçün də xüsusi yer ayrılmalıdır. Hər dəfə oradakı, buradakı çıxılmaz, imkansız vəziyyətdə qalan naxçıvanlılarla danışanda təsəlli üçün söz də tapa bilmirəm. Burada qalmış hərbçilərin məsələsini Milli Məclisdə qaldırdım, onların hərbi təyyarə ilə göndərilməsinə yardım edə bildim. Mülki vətəndaşlarımızın çoxusu da dərdini zəng vurub mənə söyləyir, haqlıdırlar, ancaq mənim “AZAL”-a təsir göstərmək səlahiyyətim yox. Bunu ancaq operativ qərargah edə bilər”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputat növbəti-VİDEOQƏBUL KEÇİRDİ – FOTO

Read Next

Daha 339 yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir