“Haqsız rəqabət aparırlar” – PREZİDENT YENƏ MƏMURLARDAN NARAZILIQ ETDİ

Hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev deyib.

“Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır.

Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır.

Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq…”-deyə, Prezident sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“İşinizdən razıyam, qərara gəldim ki, sizi Baş Nazirin müavini təyin edim” – PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Read Next

“Nə qar, nə çovğun, nə fırtına, nə boran…” – AYBƏNİZ HAŞIMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir