Haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik – PAŞAYEVADAN ÇAĞIRIŞ

“Bu gün beynəlxalq təşkilatlar – BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma BMT onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir:

ganira pasayeva

“Həmçinin, insan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.

Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük:

“100 il əvvəl tarixdə olmayan “soyqırımı” barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi.Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

Millət vəkilinin eyni zamanda bildirdiyinə görə, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:

“Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib olabilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”.

Etikxeber.az

Read Previous

Əliyev Yıldırımı qəbul etdi – FOTO

Read Next

“Şimali İraqı” da terrorçuların başına uçuracağıq – ƏRDOĞANDAN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir