“Harada bir uğur, bir zəfər, bir nailiyyət var, orada…” – ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ BİRİNCİ VİTSE-PREZİDENTİ TƏBRİK ETDİLƏR

Müstəqil Azərbaycan dövlətinin bugünkü inkişafında, uğurlarında, nailiyyyətlərində, zirvələr fəth etməsində heç şübhəsiz ki, ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu və müstəsna, danılmaz xidmətləri var. İstər 15 il ərzində qurucusu və yaradıcısı olduğu Heydər Əliyevin Fondunun rəhbəri, istər 12  illik millət vəkili-Millətinin Vəkili, istərsə, Birinci vitse-prezident kimi son iki il yarımlıq fəaliyyəti dövründə, gecə-gündüz bilmədən Azərbaycan naminə yorulmaz, fədakar fəaliyyətində hər zaman böyük uğurlara, nailiyyətlərə, zəfərlərə imza atıb və bu gün də bu zəfərlərin davamı gəlməkdədir.

O, Azərbaycanın inkişafında, müstəqil dövlətçiliyin möhkəmləndirilməsində, Azərbaycanın imzasınının imzalar içinə atılmasında daim ölkə prezidenti cənab İlham Əliyevlə birgə olub, onunla qoşa addım atıb, onunla qoşa qanad kimi addımlayıb, öz töhfələrini verib. Ömür-gün, vəfalı, qayğıkeş həyat yoldaşı olmaqla yanaşı, ölkə prezidentinin həm də ən sadiq, ən yaxın və ən sədaqətli silahdaşı olub. Məhz bunun nəticəsidir ki, 2017-ci ildə böyük etimad göstərilərək, Mehriban xanım ölkənin ilk Birinci vitse-prezidenti postuna, vəzifəsinə təyin edilib, məhz bunun nəticəsidir ki, Mehriban xanım Azərbaycanın bir saylı, heç də hər kəsə qismət olmayan ən ali ordeninə-“Heydər Əliyev” ordeninə layiq görülüb. Məhz sədaqətinə, sadiqliyinə, Azərbaycan naminə fədakar və yorulmaz  fəaliyyətinə görədir bu etimad, bu təltif.

forum-mehri

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısı öz etimadında, öz seçimində də yanılmayıb, ən güzgün qərarını verib, ən düzgün seçimini edib:

“Çox sevindirici, əlamətdar, qürurdoğurucu haldır ki, Mehriban xanım bütün həyatı boyu və ictimai-siyasi-xeyriyyəçilik fəaliyyəti dövründə ona göstərilən etimadın, ona həvalə olunun işlərin, vəzifələrin öhdəsindən  çox uğurla, çox şərəflə, çox ləyaqətlə, çox bacarıqla gəlib və bu gün də belədir. Mehriban xanıma hansı məsələ və sahə tapşırılıbsa və yaxud da, özü hansısa məsələ ilə bağlı təşəbbüskar olubsa, hamısının öhəsindən bir-bir gəlib, ona olan inamı, güvəni, etimadı tam doğruldub.

İnam və Etimad çox mühüm məqamlardandır. Bütün uğurların, qələbələrin, zəfələrlərin kökündə də məhz bunlar dayanır. Yəni, sənə etimad edilirsə, sənə böyük inam varsa və sən bu etimadı doğruldursansa, bu inamı gücləndirirsənsə, qüvvətləndirirsənsə, deməli, bütün zəfələr, qələbələr, uğurlar da səninlədir. Nə qədər çətin və ağır olsa da, sən bunların öhdəsindən gələcəksən və gəlirsən. Mehriban xanımın fəaliyyətində və həyatında da bu iki məqam  daim qırmızı xətlə keçib və keçir.

Ona həm etimad edilir, həm inanılır, o da həm etimadı, həm ona olan inamı doğruldur, insanlarda, ona inanlarda və onun timsalında dövlətinə, onun gələcəyinə, tərəqqisinə inanlarda böyük stimul, həvəs, həyat eşqi yaradır. Bu baxımdan, Mehriban xanım öz fəaliyyəti, öz davranışları, öz addımları ilə Etmiad və İnam deməkdir həm də.

…Cəmi bir gündən sonra Mehriban xanımın növbəti doğum günüdür. Mehriban xanımı hər birimiz üçün əziz olan bu gün-doğum günü münasibəti ilə ürəkdən və səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, bütün işlərində, ailə və şəxsi həyatında, Azərbaycan naminə yorulmaz fəaliyyətində daha böyük uğurlar, növbəti nailiyyətlər, müvəffəqiyyətlər, zəfərlər, qələbələr arzulayırıq. Bütün zəfərlər və qələbər Sizinlə olsun, Sizin olsun, doğum gününüz bir daha mübarək, dəyərlimiz, əzizimiz, birinci ledimiz, xanımlar xanımı Mehriban xanım!”.

Mehriban xanım-İlham-İlya

003

prezident_mukafatlandirma_290615_43

kamilla-13

eldeniz qardaş

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, bugünkü uğurların, nailiyyətlərin əldə edilməsi və qazanılmasında Mehriban Əliyevanın birmənalı və birbaşa rolu, tarixi xidmətləri var.

Millət vəkilinin dediyinə görə, bunlar məhz tarixi xidmətlərdir və  məhz bu cür də dəyərləndirilməlidir:

“Elə işlər, elə xidmətlər var ki, onlar uzun ömürlü olmur, tezliklə undulub, gedir, xatırlanmır. Amma elə işlər, elə addımlar, elə xidmətlər var ki, onlar ilk anından, ilk günündən tarixiləşir, tarixə qızıl hərflərlə və qırmızı xətlərlə həkk olunur, əbədiyaşarlıq qazanır. Çünki o işlərin, o addımların, o xidmətlərin kökündə, mayasında, təməlində, ruhunda müqəddəslik, təmənnasızlıq, mərhəmətlilik, şəfqətlilik, xalqına, dövlətinə, insanlığa sonsuz və dərin inam dayanır. Mehriban xanımın fəaliyyəti və bu fəaliyyətdən doğan, qaynaqlanan tarixi xidmətlər də məhz bu məqamlardan rişlənir, məhz bu məqamlara köklənir. O, hər biri addımında, hər bir davranışında, hər bir hərəkətində təmənnasızdır, səmimidir, mərhəmətlidir, şəfqətlidir, xalqına, dövlətinə, ümumən insanlığa sonsuz dərəcədə inamlı və bağlıdır. Kimsə bunun əksini söyləyə və iddia edə bilməz.

Bunlar hər birimizin gözləri qarşıdında yaşananlar və baş verənlərdir. Harada bir uğur, harada bir zəfər, harada bir nailiyyət varsa, orada Mehriban xanımın gərgin zəhməti, əməyi, rolu, fədakarlığı, payı, töhfəsi var. O, dövlət başçısı ilə bir yerdə hər gün Azərbaycanı, müstəqil dövlətimizi uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə, zəfərlərdən-zəfərlərə doğru aparır. Usanmadan, dayanmadan, yorulmadan! Bu yolda, bu tarixi və nəcib fəaliyyətdə də həm ölkə prezidentinə, həm dəyərli Mehriban xanıma böyük uğurlar arzulamıq qalır hər birimizdən. Allah hər iksinin və Azərbaycanımızın köməyi, Yar və Yardımçısı olsun. Qarşıdan gələn növbəti doğum günü münasibəti ilə də bağlı Mehriban xanıma ən xoş və ən səmimi arzularımızı, diləklərimizi çatdırır, ifadə edir, müstəqil Azərbaycan naminə fəaliyyətində növbəti zəfərlər azulayırıq. Doğum gününüz, dəyəriniz və zəfəriniz mübarək olsun, Mehriban xanım!”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Texniki yardım və qrant alan dövlət müəssisələri – HESABAT VERƏCƏKLƏR

Read Next

“Normalda quşlar 1500 metrdən yüksəyə qalxmır…” – EKS-DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir