“Harada sosiallaşma, internet tranformasiyası varsa…” – ELŞƏN MUSAYEV

Kibercinayətkarlıqla bağlı qanun layihəsi hazırlana bilər

Kibercinayətkarlıq, kibercinayətlər hüquq sisteminin mübarizə apardığı  ən qəliz məsələlərdəndir. Əslində qara qüvvələr ölkəmizə qarşı da kibercinayətlərlə məşğul olublar. Odur ki, bu məsələnin, bu problemin həlli ilə bağlı kibercinayətkarlıq, kibertəhlükəsizlik haqqında qanun layihəsinin hazırlanması və qəbulu da mümkündür.

Etikxeber.az-ın xəbərinə görə, bunu fevralın 20-də Milli Məclis (MM) və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsi çərçivəsindəki görüşdə  ixtisasca hüquqşünas olan millət vəkili Elşən Musayev deyib.

Millət vəkili deyib ki, ümumiyyətlə, harada sosiallaşma, internet tranformasiyası varsa, orada kibercinayətlər olub və bundan sonra da olacaq.

“Biz də zaman-zaman bunlarla üzləşmişik. Qara qüvvələr var ki, onlar ölkəmizə, dövlətçiliyimizə qarşı kibercinayətlər törətməklə məşğul olublar. Bu gün də bu tendensiya var. Hətta, biz bu məsələ ilə geniş müzakirələr də apardıq ki, görək, bu işlərlə məşğul olan şəxsləri necə ekstradisiya etmək olar. Biz sonda bunun indiki reallıqda yalnız beynəlxalq kovensiyalarla həllinin mümkün olduğunu gördük. Yəni, qoşulduğumuz beynəlxalq konvensiyaların müddəaları belə bir məsələnin həllini mümkün edir. Ancaq bununla belə, kibercinayətkarlıq, kibertəhlükəsizliklə bağlı qanun layihəsinin hazırlanması və müzakarilərə təqdim olunmasına da ehtiyac var. Bu yöndə təşəbbüsləri dəstəkləyirik”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Parlamentin binasına yaxınlaşmaq belə əlçatmaz görünürdü…” – DEPUTAT

Read Next

“Möhtəşəm uğur qazanmışıq…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir