“Haranı açıb, haranı bağlayırsınız, öz işinizdir…Amma kitab satışı yerləri və kitabxanalar açıq olmalıdır”-FAZİL MUSTAFADAN TƏKLİF

Haranı açıb, haranı bağlayırsınız, öz işinizdir. İstisnasız olaraq bütün kitab satışı yerləri və kitabxanalar açıq olmalıdır. Buna həm də rəmzi mənada ehtiyac var. Virusa yoluxmuş insanların sağalması ehtimal yetərincə mövcuddur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Bildirib ki, ondan bəlkə də min qat artıq sayda cəhalətə yoluxmuş insanların müalicəsinin yolu ancaq kitabdır. Konkret bir kitab peyvəndi olsa, yenə də dərd yarıdır. Yüzlərlə kitab oxumalısan, sonra da üzərində sağlam mühakimə aparmalısan ki, bu virusu canından çıxarasan.

“Orta məktəblərdə attestat alanların , ali məktəblərdə diplom alanların heç birinin sənədinin içində cəhalətə dayanıqlılıq qabiliyyəti qeyd olunmur. Bir neçə ildən sonra dini, siyasi, elmi, məişət cəhalətinin əlindən bu məmləkətdə normal düşünmək, faydalı fikir söyləmək imkanı qalmayacaq. Karantin dövründən sonra onsuz da çökmüş durumda olan nəşriyyat, kitab, poliqrafiya sektoru yox olmaq səviyyəsinə gəlib yetişəcək. Biz bu və ya digər formada mətbuata, media təmsilçilərinə dəstəyin şahidi oluruq, buna münasibətimiz də müsbətdir. Ancaq kitabsız medianın nə gələcəyi ola bilər ki? Operativ Qərargahda ümumiyyətlə kitaba müsbət münasibət bəsləyən kimsə varmı? Təcili bu qərara məhz kirab satışı, nəşriyyat fəaliyyəti ilə bağlı bütün məhdudiyyətləri ortadan qaldıran bənd əlavə edilməlidir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Vətəndaşlara dəstək paketləri bundan sonra da davam etdiriləcək…Hazırda regionlara gediş-gəliş müzakirə olunur…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİ TƏDRİS İLİNDƏ MƏKTƏBLƏR AÇILACAQMI? – YENİLƏNİB – (6)

Read Next

“Əvvəlki həyat tərzimizə qayıtmaq üçün bir müddət daha səbirli və təmkinli olmağınızı xahiş edirəm”-FATMA YILDIRIMDAN SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir