Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir ölkədə peşə təhsili gərəkən səviyyədə qurulmayıbsa, orada yüksək istehsal və elə həm də xidmət mədəniyyəti olmur. “Universitet qurtarmaq prestijlidir, ya peşə məktəbi” sualı isə qabaqcıl ölkələrdə nəinki korrekt təsir bağışlamır, heç anlaşılmır da. Çünki orada haranı qurtarman, cibində hansı diplomu gəzdirmən əsas deyil.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, mütəxəssissən, ya yox, sənətkarsan, ya yox-əsas budur.
“Mütəxəssis hazırlığı üçün ali məktəblər lazım olduğu kimi əsl sənətkarlar da peşə məktəblərində yetişməlidirlər.
Ona görə də son illər Azərbaycanda peşə təhsilinə dövlətin göstərdiyi diqqəti alqışlayıram.
Amma istəyirəm cəmiyyət olaraq da anlayaq ki, sənətkarlıq, heç də mütəxəssislikdən az prestijli deyil. Əsl sənətkar isə cibində bir neçə dipom gəzdirsə də, mütəxəssis ola bilməyənin yüzünə dəyər.
Bir sözlə, dünən cənab Prezidentin açılışını etdiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sənətkar kimi yetişəcək hər bir gəncimizə uğurlar diləyirəm!”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az