Hava buludlu olacaq, bəzi rayonlara dolu düşəcək-SABAH

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları-AVSTRİYA RƏSMİLƏRİNİN DİQQƏTİNƏ ÇATDIRILDI

Read Next

Daha 15 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir