Hava buludlu və yağmursuz olacaq-SABAH

Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacaq.

Etikxeber.az

Read Previous

Anar Əsədli-HƏBS OLUNDU

Read Next

Ramazan bayramında üç Səbailli Şəhid ailəsi-YUSİF BUDAQOV, BİLAL QƏNBƏROV VƏ VÜSAL HƏSƏNOVUN AİLƏLƏRİ ZİYARƏT EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir