Hava dumanlı və buludlu olacaq-SABAH

Aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq.

Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Etikxeber.az

Read Previous

Millət vəkilinə qarşı törədilən sui-qəsdlə bağlı-6 NƏFƏR SAXLANILDI… – YENİLƏNİB

Read Next

“Baykar”ın istehsal etdiyi məhsullar Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində mühüm rol oynayıb”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir