Hava dumanlı və yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Martın 10-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 9-dan 10-da keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 779 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında arabir intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək.

Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.

Etikxeber.az

Read Previous

8 martda dünyaya gələn və bu gün Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU ELŞƏN ZEYNALOV, MİNGƏÇEVİRLİ PƏRVİN HƏMİDOV VƏ ŞAMAXILI MÜŞFİQ MƏCİDOV… – FOTOLAR

Read Next

“Həsənağanın nəşi 112 gündən sonra tapıldı…Hər gün Allaha dua edirdim ki…”-Şəhid atası Şakir Abdullayev – Lənkəranlı Həsənağa Abdullazadə və Beyləqanlı Elvin İsmayılov-BU GÜN MÖVLUDLARI, CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir