Hava ilə bağlı heç bir avtobus reysi təxirə salınmayıb – AÇIQLAMA

Əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərlərarası avtobuslarının fəaliyyətində problemlər yaranmayıb.

Etikxeber.az  xəbər verir ki, bu barədə mətbuata  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

O bildirib ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Ağsu aşırımından istifadə olunmur, avtomobillər Bakı-Qazax yolundan istifadə edirlər.

M.Abdullayevin sözlərinə görə, hava şəraiti ilə bağlı heç bir reys təxirə salınmayıb. Bütün mövcud istiqamətlərdə avtobuslar fəaliyyət göstərib. Ancaq əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı minimuma çatıb.

Etikxeber.az

Read Previous

7 ədəd Magistral Yolların İstismarı MMC yaradılacaq

Read Next

“Ermənistan müxtəlif təxribatlara əl ataraq danışıqları pozur” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir