Hava küləkli olacaq-SABAH

Yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiyada Xidmətindən Etikxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.

Etikxeber.az

Read Previous

Vətənpərvərlər!-RAZİYƏ KAMİLQIZI YAZIR – FOTOLAR

Read Next

“Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür…Bir çox ölkələr artıq bundan ciddi zərər görür…”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir