Oktyabrın 17-dən etibarən Azərbaycanın Qərb bölgəsində yağıntılı hava şəraiti hələ də davam edir.
Etikxeber.az-ın xəbərinə görə, Gədəbəy rayonunda dünəndən başlayan yağış qara keçib. Hazırda qarın qalınlığı 6-7 sm-dir. Yerli icra orqanından verilən məlumata görə, bir sıra kəndlərdə qar daha çox yağıb və ağaclara ziyan dəyib.
Həmçinin, bəzi kəndlərə gedən elektrik naqilləri qırılıb. Aidiyyati qurumların fəsadların aradan qaldırılması istiqamətində iş apardığı bildirilib.
Etikxeber.az