Hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq-SABAH

Fevralın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeoroloji Xidmətdən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Etikxeber.az

Read Previous

İki yaşından anasını itirmiş, nənəsinin himayəsində böyümüş Gəncə Qazisi Arzu Əsədov ev, mənzil və maddi dəstəklə bağlı-MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Read Next

Azər Qasımov Prezidentin Mətbuat katibi vəzifəsindən-AZAD EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir