Hava yağmurlu olacaq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Etikxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi  axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə  7-9° isti, gündüz  10-13° isti olacağı gözlənilir.

Bakıda gecə  7-9° isti, gündüz  10-12° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  85-95 % təşkil edəcək.

Rayonlara gəlincə, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti,  gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  4-8° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq

Read Next

Məmmədyarov Fransaya işgüzar səfər edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir