Hava yağmursuz, şaxtalı olacaq

 

Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz  3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

Qərb küləyi gündüz bəzi yerlərdə  arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz  0-5° şaxta  olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Dedi ki, Çovdarovun məni bağışlaması üçün 100 min manat verməliyəm”- Zərərçəkmiş

Read Next

Qaçqın və sığınacaq axtaran şəxslərin sayı 1300-ə yaxındır- Dövlət Miqrasiya Xidməti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir