Havanın temperaturu 26 dərəcəyə yüksələcək

Ölkə ərazisində aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 15-20° isti, Bakıda gecə 10-12°, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?!” – DEPUTAT

Read Next

“Bu, onların neytrallığına da kölgə saldı…” – MİLLƏT VƏKİLİNDƏN İTALİYA PARLAMENTİNƏ ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir