Havanın temperaturu 35 dərəcəyə yüksələcək-SABAH

Mayın 16-daBakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti,Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki,bu da meteohəssas insanlar üçün əlverişlidir.

Etikxeber.az

Read Previous

“Azərbaycanın Ermənistanla 1007 km sərhədi var ki…”-MÜSAVAT BAŞQANI

Read Next

Mayın 16-da ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək-BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir