“Hayati bəy Azərbaycana, xalqımıza böyük sevgisi olan insanlardandır…Bunu onunla söhbətimiz zamanı bir daha hiss etdim, hər kəlməsində Azərbaycana isti münasibət, qardaş sevgisi duyulurdu…”-MİLLƏT VƏKİLİ – (ÖZƏL)

Türkiyədə səfərdə olan millət vəkili Eldəniz Səlimov qardaş ölkədə tanınmış ictimai-siyasi xadimlərlə, ziyalılarla görüşlərini davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu dəfə hakim AKP-nin tanınmış isimlərdən olan genel başqan yardımçısı, sabiq baş nazirin müavini, eks gömrük və ticarət naziri Hayati Yazıçı ilə bir araya gəlib.

Millət vəkilinin saytımıza verdiyi məlumata görə, bu görüş onda böyük və xoş təəssüratlarla yadda qalıb.

“Bildiyiniz kimi, Hayati bəy Türkiyənin çox nüfuzlu və tanınmış simalarından, siyasətçilərindən, dövlət adamlarından, 18 ildən bu yana qardaş ölkəyə uğurla rəhbərlik edən AKP-nin parlaq simalarındandır. O, AKP yaradıcılarındandır və bu gün də hakim partiyanın rəhbərliyində təmsil olunur, genel başqa yardımçısıdır. Hayati bəy həm də AKP hakimiyyətində uzun illər məsul vəzifələrdə çalışıb, gömrük və ticarət naziri, gömrüklərdən sorumlu dövlət naziri və baş nazirin müavini kimi, mühüm postlarda əyləşib, ona göstərilən etimadı tam doğruldub. Bu baxımdan, belə bir tanınmış və nüfuzlu insanla, siyasətçi ilə bir araya gəlmək, söhbətləşmək, müəyyən məsələlər ətrafında müzakirələr aparmaq mənim üçün həddindən artıq xoş bir məqam idi.

Hayati bəylə söhbətimizdə həm Azərbaycanımızı, həm də Türkiyəmizi maraqlandıran məsələlər barədə, o cümlədən, bir müddət öncə başa çatmış qanlı 32 illik Qarabağ münaqişəsindən, xalqımızın Zəfərindən danışdıq. Hayati bəy Azərbaycana, xalqımıza böyük sevgisi olan insanlardandır. Bunu onunla söhbətimiz zamanı bir daha hiss etdim, hər kəlməsində Azərbaycana isti münasibət, qardaş sevgisi duyulurdu. O da münaqişəni, 44 günlük müharibəni Qələbə ilə başa vurmağımızdan, işğalçını məğlub etməyimizdən çox məmnun və sevincli idi və bir daha bizlərə öz sevgi-məhəbbətini izhar etdi. Bir sözlə, Hayati bəylə görüşümüz və söhbətimiz mənim üçün çox unudulmaz və yaddaqalan, xoş anlarla dolu bir görüş oldu”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkili 9 Şəhid ailəsini-ZİYARƏT ETDİ – FOTOLAR

Read Next

“Moskva təması və imzalanan bəyanat sual doğuran məsələlərə aydınlıq gətirilməsi və şərh verilməsi üçün yaxşı imkan oldu”-BƏHRUZ MƏHƏRRƏMOV BELƏ HESAB EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir