Hazard 2018-ci ilin ən yaxşı oyunçusu seçildi…

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazard Belçika millisində 2018-ci ilin ən yaxşı oyunçusu seçilib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində 15 min nəfər “Çelsi”nin hücumçusu Eden Hazarda səs verib.

Bu sorğuda ikinci yeri Almaniyanın “Borussiya” komandasının futbolçusu Aksel Vitsel (3 min 800 səs), üçüncü yeri isə İngiltərənin “Mançester Siti” klubunda forma geyinən Kevin De Brüyne (2 min səs) tutub.

Qeyd edək ki, Belçika millisi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısıdır.

Etikxeber.az

Read Previous

Kimisə parlamentə zorla seçməyiblər – SPİKER

Read Next

“Dünyaya nümunəvi inkişaf modeli təqdim etmişik və…” – JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir