“Hazırda 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsini araşdırıram…” – DEPUTAT – VİDEO

“Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə telefonla danışdım. Hazırda məsələni araşdırıram”.

Etikxeber.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov deyib.

O, Quba Rayon Məhkəməsinin sədri ilə danışacağını da bildirib.

Millət vəkilinin məsələyə münasibətinə gəlincə, o, bunları deyib: “Lap tutaq ki, məhkəmə qərar qəbul edib… İndi bilmirəm o qərar düzdü, düz deyil, məhkəmə qərarı ilə tanış deyiləm. Amma görünən odur ki, uşaq atası ilə getmək istəmir. Ən əsası isə orada qadına, uşağa qarşı zor işlədilir, bu, bizə yaraşan hərəkətlər deyil. Bu məsələni pisləyirəm, buna haqq qazandırmaq qeyri-mümkündür”.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayırararaq atasına verməsini özündə əks etdirən görüntülər yayılıb.

Etikxeber.az

Read Previous

Neftin qiyməti yenidən bahalaşdı

Read Next

Həyat yoldaşının xəstəliyini bilib Nuraydan imtina edən atanın RƏZALƏTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir