“Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur” – İKİ QURUM BİRGƏ MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Etikxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydıqları məlumatda bildirilib.

Qeyd edilib ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Etikxeber.az

Read Previous

“Bu gedişat İrəvanı və dünyadakı erməni lobbisini ciddi narahat edir…” – POLİTOLOQ

Read Next

Parlament binası-SATIŞA ÇIXARILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir