“Heç bir beynəlxalq qurumdan, heç bir dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikik” – SAHİBƏ QAFAROVA

«Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir».

Etikxeber.az  xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında  AŞPA-nın komitə sədri, Milli Məclisin (MM) üzvü Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır.

Millət vəkilinin sözlərinə görə, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.

«Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinə müstəsna töhfələr verir»- deyə, S.Qafarova daha sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov və Sevinc Fətəliyeva AŞPA-nın komitə iclaslarına qatılacaq

Read Next

“Vəziyyət belə davam edərsə…” – MİLLƏT VƏKİLİ HƏMSƏDRLƏRİ QINADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir