“Heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur…Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik…”-FƏRHAD BƏDƏLBƏYLİ

100 il böyük bir rəqəm, böyük bir tarixdir, Üzeyir Hacıbəyovun Qara Şarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Soltan Hacıbəyov kimi tələbələri olub.

Etikxeber.az-ın məlumatına görə, bunu Üzeyir Hacıbəyli – XIII Beynəlxalq Musiqi Festivalında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

F. Bədəlbəyli deyib ki, heç bir müsəlman ölkəsində belə bəstəkarlar, belə musiqi mədəniyyəti yoxdur:

“Biz bu sərvəti mütləq saxlamalı, inkişaf etdirməliyik. Mən inanıram ki, yeni əsərlər olacaq”.

F. Bədəlbəyli qeyd edib ki, Şuşa indi azaddır:

“Şuşaya həsr olunan musiqi əsərləri, teatr tamaşaları, filmlər mütləq olacaq. Bayramınızı təbrik edirəm. Şuşada görüşərik! Artıq bu, həqiqətdir. İnşaallah, bütün festivallar, musiqi bayramları, müsabiqələri, muğam müsabiqəsi əlbəttə, Şuşada keçiriləcək”.

Etikxeber.az

Read Previous

“Ədalət Əzizov mənə 500 min verdi…”-SABİQ MİLLƏT VƏKİLİ QALİB SALAHZADƏ

Read Next

Daha 2042 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir