“Heç bir tərəddüd olmayıb və bundan sonra da olmayacaq…”-KAMİLƏ ƏLİYEVA BÜDCƏ DƏYİŞİKLİKLƏRİNDƏN, PREZİDENTİN SON MÜŞAVİRƏSİNDƏN DANIŞDI

Ölkəmizdə həyata keçirilən siyasətin ana, başlıca xətlərindən birini sosialyönümlülük təşkil edilir.

Heç təsadüfi deyil ki, son illər dövlət büdcəmiz məhz sosialyönümlülük üzərində qurulub.

Bu sahəyə ayrlıan vəsaitlər digərlərindən önəmli, əhəmiyyətli dərəcədə fərqlənib.

Bildiyiniz kimi, bugünlərdə Milli Məclisin (MM) növbədənkənar sessiyasının 3 günlük plenar iclaslarının müzakirələrinə çıxarılmış, geniş, hərtərəfli müzakirələrdın keçirilmiş 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərdə, dürüstləşdirmədə də məhz sosial sahə, sosial istiqamət əsas yerlərdən birini tutub.

Ümumiyyətlə, dünyamızda və onun önəmli bir parçası olan ölkəmizdə 6 aya yaxın müddətdə davam edən ağır koronavirus pandemiyası şəraitinə baxmayaraq, məhz sosial istiqamətdə, sosial layihələrin icrasında heç bir geriliyə, axsamaya yol verilməyib.

Əksinə, bu istiqamətə dövlət büdcəsindən böyük vəsait ayrılıb. Üst-üstə götürdükdə məhz dövlət başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış “Tədbirlər Planı”nda əksini tapan məsələlərin icrası, həlli üçün 3,5 milyard manat vəsait ayırılıb.

Yəni, son bir neçə ay ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib.

Avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə də ölkə Prezidentinin qeyd etdiyi kimi, məlum pandemiya şəraiti ilə bağlı dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır.

Bu baxımdan, 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu.

Çünki əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Eyni zamanda, altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub.

Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir.

Odur ki, dövlət başçımız bu sosial dəstəyin bundan sonra da davam etdirilməsinin, hazırda sərt karantin rejimi tətbiq edilmiş 13 şəhər və rayonunun bu kateqoriyaya aid insanlarınin bu dəstəklə bundan sonra da əhatə olunmasın vacibliyini dilə gətirildi, avqust ayında da onlara birdəfəlik 190 manat müavinətin verilməsini tapşırdı.

Artıq Baş nazir cənab Əli Əsədovun son qərarı ilə sərt karantin rejimi tətbiq edilən 13 rayonun adıçəkilən kateqoriyadan olan insanlarına 190 manatlıq birdəfəlik müavinətin verilməsi məsələsi özünün müsbət həllini tapıb.

Müşavirə zamanı ölkə Prezidenti, ümumiyyətlə, sosial dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirərək “Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik”-deyə, vurğuladı və bununla bir daha göstərmiş, təsdiqləmiş oldu ki, bütün, ən ağır, ən çətin sistuasiyalarda belə, Azərbaycan dövləti üçün əsas prioritet Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun sağlamlığı, rifahı, sosial təminatıdır.

Və Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır və bundan sonra da yanında olacaq. Yenidən dövlət büdcəsinə edilən dəyişikliyə qayıdaraq, onu da qeyd etmək istəyirəm ki, dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb.

O cümlədən, 2020-ci ilin dövlət büdcəsində səhiyyə bölməsi üzrə xərclər dəyişdirilib. Belə ki, səhiyyə xərcləri 1 milyard 716 milyon 600 min manat məbləğində proqnozlaşdırılıb. Bu da 2020-ci il üçün təsdiq olunmuş müvafiq göstəricidən 347.6 milyon manat və ya 25.4 faiz çoxdur.

 “Səhiyyə” bölməsi üzrə “Səhiyyə sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsinin xərcləri 6.6 milyon manat və ya 70.4 faiz az, “Xəstəxanalar” və “Səhiyyə sahəsində proqramlar və digər xidmətlər” köməkçi bölmələri müvafiq olaraq 4.3 milyon manat, 351.3 milyon manat artımla nəzərdə tutulub.

“Poliklinikalar və ambulatoriyalar” köməkçi bölməsi üzrə təsdiq edilmiş dövlət büdcəsində bir məqam nəzərdə tutulmayıb. Yenidən baxılma zamanı 1.2 milyon manat xərc proqnozlaşdırılıb. “Diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət” köməkçi bölməsi üzrə isə təsdiq edilmiş dövlət büdcəsində 2.6 milyon manat nəzərdə tutulsa da, yenidən baxılma zamanı müvafiq köməkçi bölmə dövlət büdcəsindən çıxarılıb.

“Səhiyyə” bölməsinin inzibati təsnifat üzrə strukturunun təhlili göstərir ki, təsdiq edilmiş göstəricilərlə müqayisədə yenidən baxılma zamanı 10 istiqamət (9 qurum və büdcədənkənar xərclər) üzrə 4.5 milyon manat azalma, iki istiqamət (bir qurum və bir birdəfəlik təyinatlı xərc istiqaməti) üzrə 352.1 milyon manat artım nəzərdə tutulub. Dörd istiqamət (İki qurum, bir birdəfəlik təyinatlı xərc istiqaməti, publik hüquqi şəxslərə ayrılan vəsaitlər) üzrə proqnozlaşdırılmış məbləğlər sabit saxlanılıb və sair.

Yəni, bütün bunlar bir onu göstərir və onu deməyə əsas verir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti Azərbaycan insanının, Azərbaycan vətəndaşının həm sağlamlığının təmin edilməsi, həm də onun sosial durumunun yaxşılaşması, pandemiyanın ağır fəsadlarına məruz qalmaması əlindən gələnin bütün addımları atıb, atır və bundan sonra da atacaq.

Burada heç bir tərəddüd olmayıb və bundan sonra da olmayacaq.

Bütün bunlar öz növbəsində Azərbaycan dövlətinin gücündən, qüdrətindən, inkişafından, həm də ən əsası ölkə Prezidentinin iradəsindən qaynaqlanan məsələlərdir.

Odur ki, həm dövlətimizlə, həm də dövlət başçımızla fəxr edir, onlara sonsuzadək güvənir, etibar edirik.

Allah dövlətimizi, dövlət başçımızı qorusun!

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri, professor

Etikxeber.az

Read Previous

“Deputatı o zaman ittiham etmək olar ki, millət vəkili problemi dilə gətirməyə, gizlədə…”-DEPUTAT NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNƏ SƏSLƏNDİ

Read Next

“Məmmədyarovun zamanında olduğu kimi, boş bəyanatlar və açıqlamalarla kifayətlənmək yolverilməzdir…”-SABİQ DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir