“Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz…Qarabağ dirçəldiləcək, cənnətin məkanına çevriləcək!”-KAMİLƏ ƏLİYEVA

Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza növbəti dəfə səfər etdi. Dövlətimizin başçısı yol boyu kənd və şəhərlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdıldığını, viran qoyulduğunu bütün dünya ictimaiyyətinə bir daha göstərdi. Azərbaycan Prezidenti ermənilərin bu ərazilərdə canlı təbiətə böyük ziyan vurduqlarını bir daha diqqətə çatdırdı.

Müzəffər Ali Baş Komandanımızın işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağını qaldırması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması qürurvericidir. Dövlətimizin başçısı Laçın rayonunun Güləbird kəndində yenidən qurulan SES-nın açılışındakı çıxışında dövlətimizin mövqeyini bir daha bəyan etdi. Prezident bu ərazilərdə abad kənd və şəhərlərin salınacağını, Qarabağın “yaşıl enerji” zonasına çevriləcəyini bildirdi. Artıq Zəngilan rayonunda “ağıllı kənd” pilot layihəsi hazırlanıb.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması mühüm hadisədir. Bu dəmir yolunun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük strateji əhəmiyyəti var. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu əlaqəsi yaranacaq və bu yol Türkiyəyə qədər uzanacaq.

Onun sözlərinə görə, bununla da Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq. Ən önəmlisi isə, bu dəmir yol xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

“Qarabağ torpağı çox münbit və bərəkətlidir. Burada aqrar sahədə də görüləcək işlər davam etdirilir. İşğaldan azad edilmiş bütün rayonların kənd təsərrüfatı sahəsinin hansı istiqamətdə inkişafının daha səmərəli olması müəyyənləşdirilib və layihələr hazırlanıb. Qarabağın ekologiyasının bərpası istiqamətində də planlı şəkildə işlər aparılmaqdadır. Ermənistan tərəfindən məhv edilmiş meşələrimizin və qoruqlarımızın bərpası ilə bağlı da işlər görülür. Bu mənada Zəngilandakı Palıd ağacı qoruğunu xüsusi ilə qeyd etmək lazımdır.

Qarabağla bağlı qarşıda çox böyük işlərin görülməsi planlaşdırılıb. Buraya xarici və yerli investorların cəlb olunması da nəzərdə tutulub ki, bu da çox mühüm məsələdir. Xarici sərmayəçilərin bu regionun turizm sahəsinə vəsait qoyması gələcəkdə Qarabağ və ətraf rayonlarımıza xarici turist axınının olmasına şərait yaradacaq. Bu turizmin inkişafı ilə yanaşı, Azərbaycanın apardığı haqlı işin bir növ təbliğatı rolunu oynayacaq”, – deyə Kamilə Əliyeva diqqətə çatdırıb.

Deputat planlaşdırılan bütün bu işlərin görülməsi üçün, ilk növbədə, fasiləsiz və davamlı elektrik enerji təchizatı qurulmasının vacibliyini qeyd edib:

“Bunun üçün “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları ilə yanaşı, Kəlbəcərdə 12, Laçında 4 ədəd su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub. Eyni zamanda, xarici şirkətlərin də iştirakı ilə bərpa olunan enerji stansiyalarının qurulması planlaşdırılıb.

Bu su elektrik stansiyaları və bərpa olunan enerji stansiyaları tikilib istifadəyə verildikdən sonra Qarabağ və ətraf rayonlarımız sözün hər mənasında işıqlı bir diyara çevriləcək.

Bəli, Qarabağ, işğaldan azad olunmuş torpaqlarımız bərpa olunacaq, dirçəldiləcək, cənnət məkanına cevriləcək…

Qarabağımızda ulcaldılan, qaldırlan üçrəngli, ay-ulduzlu bayrağımız bir daha enməyəcək, hər zaman göylərin ənginliklərində dalğalancaq, dalğalandırılcaq.

“Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm”-deyən Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, bizim Qələbəmiz tarixi Qələbədir.

Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək.

Bir daha qeyd edirəm ki, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib.

Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Etikxeber.az

Read Previous

“Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi müəmmalı bir yanaşmadı…”-FAZİL MUSTAFA KORONAVİRUSUN YAYILMASINDA BİLMƏDƏN ROL OYNAYANLARDAN YAZDI

Read Next

Qarabağda ruhumuz dirçəlir!-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir