“Heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”-VAQİF ABDULLAYEV

İşğalçı Ermənistan Azərbaycanla sərhəddə törədiyi son təxribatlara öldürücü zərbələrlə layiqli cavab verən Milli Ordumuzun qalibiyyətindən sonra biabırçı məğlubiyyətini ört-basdır etmək və işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrində məskunlaşmış erməniləri çirkin oyunlarına qatıbdır.

Terrorçu erməni lobbisinin təhriki ilə militarist ermənilər azğınlıqla dünya ölkələrində yaşayan azərbaycanlıların üzərinə yürüdülür, Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlar törədilir.

Son bir neçə gündə Avropa ölkələrində və ABŞ-da baş verən təxribatlar nəticəsində Azərbaycan dövləti əleyhinə faşizm şüarları, açıq terror təhdidləri nümayiş etdirilib, bu təhlükəli hallara qarşı etiraz edən azərbaycanlılara qarşı zorakılıq və ağır şiddətlər tətbiq edilib.

Erməni radikal qruplarının Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan aksiyası və Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etməsi, onlara bədən xəsarətləri yetirməsi artıq faşizmin təzahürləridir.

Bu, dünyadakı silah, narkotika biznesi, çirkli yollarla pul qazanan və terrorizmə dəstək verən, maliyyələşdirən erməni lobbisinin fintəkarlığının, qudurğanlığının, azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr haqda fikirləri vəziyyətin mənzərəsini bütün çılpaqlığı ilə tam əks etdirir. “Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.

Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər”. Mehriban xanım harada yaşamalarından asılı olmayaraq dünyadakı bütün ermənilərin əsil mahiyyətini təqdim edir. “Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir. Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər”.Azərbaycanın Birinci vitse-prezidenti haqlı olaraq soruşur, Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?

Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?Milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın və Avropanın nüfuzuna xələl gətirir. İnsan haqlarını, demokratiyanı şüar edən bu ölkələr, Avropa Birliyinin paytaxtı olan Brüssel belə bibarçı hadisələrə göz yumursa, poils qüvvələri terrorçu ASALA-nın geyimləri ilə aşır şiddətlər törədən radikallara adekvat addım atmırsa bu açıq-açkar terrorizm ideologiyasına göz yummaqdır.

ASALA beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınıb, ancaq Qərb ölkələrində fəaliyyət göstərməyə başlayıb. Əgər həmin dövlətlər bu cinayətləri törətmiş erməni radikal birləşmələrini məsuliyyətə cəlb etmirlərsə, bu təxribatlara hüquqi qiymət verilmirsə bu, özlərini demokratik adlandıran dövlətlərin siyasi riyakarlığı, demokratiyanın deyil, radikalizmin təzahürləri deməkdir. Bu, terrorizmin yenidən çiçəklənməsinə rəvac vermirmi? Qərb azərbaycanlıların dinc aksiyalarına qarç ağır şiddətlərin törədilməsində ASALA yazısı olan köynəklər geyinmiş radikal qrupları görmürmü, onları tapıb məsuliyyətə cəlb etmək o qədərmi çətindir?

Bu, artıq Qərbdəki bəzi qüvvələrin terrorçulara rəğbət bəsləməsi deyilmi?Bu, acınacaqlı vəziyyət və törətdiyi təxribat beynəlxalq hüququn bütün normalarına və qaydalarına tamamilə ziddir. Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror və təxribat dalğasının qarşısını almalıdır. Bütün dünya dövlətləri anlamalıdır ki, faşizm və terrorizm ideologiyası bütün millətlər və xalqlar üçün aığr faciələrə gətirib çıxaracaqdır. Azərbaycan Birinci vitse-prezidentinin vurğuladığı kimi oxsaylı qeyri-hökumət təşkilatları, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməlidir.

ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.Bu gün Azərbaycan xalqı işğalçı Erməmistanın terrorizm siyasətinə qarçı yumruq kimi birləşərək vahid bir məqsəd uğrunda mübarizə aparır. Bu mübarizə təkcə ölkəmizlə məhdudlaşmır, dünyanın hər bir bölgəsində minlərlə azərbaycanlı erməni vəhşiyinə qarçı öz haqq səsinin ucaldır, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı işğala son qoymasını tələb edirlər. Amerikada, Avropada, Asiyada dünya azərbaycanlıları bu gün sıx birləşərək ümummilli mövqedən çıxış edirlər.

Azərbycan Ordusu düşmənə qarşı ön cəbhədə amansız zərbələr vurduğu kimi bütün dünya azərbaycanlıları Ermənistanın bu terrorizminə dəstək verən dünya ermənilərinə etirazlarını bildirərək qorxmadan açıq mübarizliklə döyüşürlər. Ulu öndər Heydər Əliyev vaxtilə dünya azərbaycanlılalrını bir araya gətirərək onları vahid azərbaycançlılıq ideyası ətrafında sıx birləşdirdi.

Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar millli birlik nümayiş etdirərək azərbaycançılıq ideyasının möhtəşəmliyini təsdiq etmiş olurlar. Mehriban xanım Əliyevanın da bəyan etdiyi kimi “Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.

Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

Vaqif ABDULLAYEV,

Sabiq deputat, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

Daha 8 ölüm-DAHA 321 YENİ YOLUXMA…

Read Next

Şahin Seyidzadə: “SU TƏSƏRRÜFATININ İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ VAR”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir