Heç bir şey əskisi olmayacaq. Hər şey yaxşı olacaq.
Etikxeber.az xəbər verir ki, bunu bir az öncə 23 iyun seçkisi dəyərləndirməsi edən “Millət” İttifaqının liderlərindən olan “İYİ Parti”nin genəl başqanı Meral Akşənər deyib.
O, Əkrəm İmamoğlunu təbrik edərək, ona uğurlar arzulayıb, 23 iyunda qəsb edilən haqqının geri qaytarıldığını söyləyib:
“Bu seçkinin qalibi İstanbulludur”.
Akşənər 23 iyun seçkisi ilə həm də Türkiyə-İstanbul seçicisinin məlum zehniyyətinin “qulağını” çəkdiyini vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az