Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir-BAŞ PROKURORLUQDAN NÖVBƏTİ AÇIQLAMA

Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

O bildirib ki, hadisənin baş verməsi səbəbləri ilə bağlı ekspertizaların nəticələri başa çatdıqdan sonda açıqlama veriləcək:

“Hazırda “qara qutu”nun üzərində işlər gedir”.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərindən 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

Arxada qalan bir il (iki ay yarım)…Şəhidlərimiz, Qazilərimiz, Vətən sevdalılarımız…VƏ YA ÖZÜMƏ HESABATIM…-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

Daha 585 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir