Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hesablama Palatası vergi ödəyiciləri haqqında məlumatlar əldə edə biləcək.
Etikxeber.az-ın xəbərinə görə, bu, parlamentin plenar iclasının müzakirəsinə çıxarılan və Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı “Hesablama Palatası haqqında” qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə Hesablama Palatasına verə bilərlər.
Məcəlləyə dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az