Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitlərinin mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari və əvvəlki illərin nəticələrinə əsasən qeyd edilməlidir ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən, gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də, digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb. Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti artıq yaranıb. Hesab edirik ki, dövlət ali təhsil müəssisələrinin də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından açıqlanmalıdır. Dövlət ali təhsil müəssisələrinin də sərbəst qalan vəsaitlərinin və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır” – deyə, V.Gülməmmədov vurğulayıb.
Etikxeber.az