Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İclasda Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsi müzakirə edilib. Z.Səmədzadə bildirib ki, Mərkəzi Bankın rəhbərliyi X. Abdullayevin işdən ayrılmaması üçün əlindən gələni edib: “Mərkəzi bankın rəhbərliyi çox çalışırdı ki, Xəqani müəllim işdən ayrılmasın. Xəqani Abdullayev çox savadlı və peşəkar kadrdır”. Z. Səmədzadə əlavə edib ki, X. Abdullayevin vəzifəsindən azad olunması ilə bağlı komitənin rəyi var.
Deputatlar, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” 1996-cı il 16 sentyabr tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında, “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin təsdiq edilməsi barədə, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinə baxıblar. Həmçinin “Hesablama Palatası haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirə edilib. Qanun layihəsində “Hesablama Palatası haqqında” qanunun Hesablama Palatasının əsas funksiyalarını nəzərdə tutan 2-ci maddəsinin 11-ci abzasına dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, dövlət əmlakının idarə edilməsinə, onun barəsində Sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda, həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir.
İclasda, həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Azərbaycan Mərkəzi Bankı haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Nəqliyyat haqqında”, “Yaşayış minimumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İnvestisiya fondları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdə dəyişikliklər müzakirə edilib.
Müzakirə olunan bütün məsələlər MM-in payız sesiyasının plenar iclasına tövsiyə olunub.
Etikxeber.az