Hesablama Palatasının da hesabatı MM-ə daxil oldu-AYIN 28-DƏ KOMİTƏ İCLASINDA MÜZAKİRƏLƏRDƏN KEÇİRİLƏCƏK – ÖZƏL

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iki gün-dalbadal iclası keçiriləcək.

Bu haqda Etikxeber.az-a adıçəkilən komitənin sədri Tahir Mirkişili məlumat verib.

Sabah, ayın 27-də keçiriləcək iclasda Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna çox mühüm dəyişiklikləri nəzərdə tutan qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, hər iki qanun layihəsini hazırlayıb MM-ə təqdim edən İqtisadiyyat Nazirliyinin rəsmi şəxsləri də iştirak edəcəklər.

Müzakirələrdən sonra hər iki qanun layihəsi MM-in üzümüzə gələn həftə keçirilməsi gözlənilən 8-ci plenar iclasına tövsiyə ediləcək.

Həftənin ikinci günü, ayın 28-də keçiriləcək iclasda isə Hesablama Palatasının illik hesabat məruzəsi müzakirə olunacaq.

Hesabat haqqında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verəcək.

Sonra komitə üzvləri sənədə münasibət bildirəcək və hesabat məruzəsi MM-in plenar iclasına tövsiyə ediləcək.

Qeyd edək ki, hər iki iclas onlayn deyil, əvvəlki formatda keçiriləcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Akinfeyev Avropanın “ən sadiq”i-SEÇİLDİ…

Read Next

Aprelin 27-də hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir