Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hesablama Palatasının hazırladığı rəydə mübahisə doğuran məqamlar var.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin birgə komitlərində 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı Hesablama Palatısının sədri Vüqar Gülməmmədovun büdcə ilə bağlı hazırladığı rəyə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Palatanın hazırladığı rəydə obyektiv məqamlarla yanaş,ı mübahisə doğuran məsələlər də var: “Ona görə də Hesablama Palatasının üzvləri ilə bu məsləni ayrıca müzakirə etməyə ehtiyac var. Gərək biz oturub bir daha rəyə baxmalıyıq”.
Komitə sədri əlavə edib ki, Azərbaycanın büdcəsini hazırlayan dövlət qurumlarının rəhbərləri kifayət qədər xalq qarşısında məsuliyyətini dərk edərək, onu beynəlxalq standartlara uyğun hazırlayıblar:
“Son 1-2 ildə dünya iqtisadiyyatında yaranmış qlobal iqtisadi böhranla bağlı uzun illər büdcə zərfinin hazırlanması istiqamətində formalaşan təcrübəyə kölgə salmaq yanlışlıqdır. Bu baxımdan uzun illər ölkəmizin inkişafına xidmət edən büdcənin formalaşdırılmasına çalışanların əməyini yaddan çıxarmamalıyıq”.
Etikxeber.az