Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək – Nazir

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina tikiləcək.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər ki,  bu barədə jurnalistlərə müsahibəsində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze məlumat verib.

Nazir deyib ki, teatrın binasının darısqal olması və aktyorların çətin şəraitdə fəaliyyət göstərmələri barədə nazirlikdə məlumat var. Nazirlik teatr üçün yeni binanın tikilməsi barədə müvafiq strukturlara müraciət edib. Artıq yer ayrılıb və mədəniyyət ocağının binasının layihəsi hazırlanır.

“Tezliklə layihələndirmə işləri başa çatacaq. Düşünürəm ki, yaxın vaxtlarda tikinti işlərinə başlayacağıq” – deyə, nazir əlavə edib.

Etikxeber.az

Read Previous

Veteran cüdoçular arasında dünya çempionatı start götürəcək

Read Next

Dövlət Pantomima Teatrı noyabr repertuarını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir