Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva da mərasimdə iştirak edib. Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar.
Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub.
“Bu tədbirdə iştirak etmək mənim üçün şərəfdir” – deyən Veliko Tırnovo şəhərinin meri Daniel PANOV sakinlər adından Azərbaycanın birinci xanımına bu layihəyə görə minnətdarlığını bildirib. “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun tarixindən danışan mer bildirib ki, bu qədim abidənin bərpa edilməsi bolqar xalqının uzun illərdən bəri arzusu olub və bu arzunu Heydər Əliyev Fondu gerçəkləşdirib. Mer bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirib. O, Azərbaycanın birinci xanımına, Leyla Əliyevaya və Bolqarıstanın Baş nazirinə xatirə hədiyyələri təqdim edib.
Etikxeber.az