Heydər Əliyevin Anım günü ilə bağlı İkinci Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə-3 MİN AĞAC ƏKİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə Abşeron rayonunda həyata keçirilən mərhum dövlət başçısı Heydər Əliyevin Anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında hər şəhidimizin xatirəsinə həsr edilmiş bir ağac (3000-ə yaxın) əkilib.

Etikxeber.az xəbər verir ki, ağacəkmə aksiyasında millət vəkilləri Şahin Seyidzadə və Müşfiq Məmmədli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyətin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin fəal  üzvləri, Şəhid ailələri və Qazilər iştirak ediblər.

Aksiya zamanı çıxış edənlər Heydər Əliyevin   Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi əhəmiyyətli fəaliyyətindən söz açıblar.

Bildiriblər ki, Heydər Əliyevin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun fədakarlığı,ümumxalq birliyinin nəticəsində  Qarabağ torpaqlarımız erməni işğalçılarından azad edilərək xalqımız qələbə Zəfəri qazanıb.

Bu tarixi Zəfərin əldə edilməsində xalqımızın vətənpərvər örnəyi olan Şəhidlərimiz qan tökərək Şəhidlik şəhadətinə qovuşaraq, Qazilərimiz sağlamlığını itirərək 30 illik Qarabağ həsrətinə son qoyublar.

Etikxeber.az

Read Previous

Daha 1226 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

20 yaşında Qəhrəmanlıq dastanı yazan və Şəhidlik məqamına ucalan-MAXE RÖVŞƏN MEHDİ OĞLU MEHDİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir