Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası prezidentliyinə namizəd Zahid Oruc və onun Seçki Qərərgahının üzvləri Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Etikxeber.az xəbər verir ki, müasir Azərbaycan dövlətinin qurucusuna olan mənəvi borclarını yerinə yetirdiklərini söyləyən Z. Oruc qeyd edib ki,Heydər Əliyevin önündə baş əymək,millət qarşısında başını dik tutmağı haqq etmək deməkdir:
“Dünyada böyük dövlət adamlarının adı ətrafında nə qədər fərqli müzakirələr aparılsa da, siyasətçilər, partiyalar və hərəkatlar millətin xilaskarına çevrilən şəxsiyyətlərin tarixi rolunu inkar etməyə çalışmırlar.
Ona görə də varislik ənənələri yalnız bir təşkilata,ideologiyaya və şəxsə aid deyil.
Heydər Əliyev siyasi irsinin davamçısı olmaq üçün müxalif dünyagörüşün daşıyıcısı kimi çıxış edənlərin heç birinə yasaq yoxdur.
İqtidarın siyasəti əleyhinə ola bilərsən,lakin milli liderin portretini başın üzərində asmaq dövlətin məhək daşını tanımağınız və ona ehtiram göstərməyiniz deməkdir”.
Bunları ziyarətdən sonra jurnalistlərə söyləyən prezidentliyə namizəd seçki təbliğatı dövründə daha əhatəli açıqlamalarla çıxış edəcəyini də bildirib.
Z. Oruc onu da qeyd edib ki, Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün onlara namizədlik vəsiqəsi təqdim olunacaq.
Etikxeber.az