“Heydər Əliyevin qəbulu Əbülfəz Elçibəyin inkarı, Məhəmməd Əmin Rəsulzadəyə sayğı Nəriman Nərimanova hörmətsizlik hesabına olmamalıdır…”-ERKİN QƏDİRLİ

Cəmiyyətin bugünkü işlərində iştirakçılığın qarşısı alınanda, insanlar keçmişdəki işlərlə bağlı tərəf tutmağa başlayırlar. Bu azmış kimi, tutduqları tərəfləri tarixi kontekstdən çıxarıb bir-birinə qarşı çıxırlar. Nəticədə tarixin düzgün qavranılmasının qarşısı alınır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli bildirib.

“Üstəlik, bugünkü problemlərin çözümsüz qalması, insanların özlərini həmin problemlərin bir parçası olaraq görməsini çətinləşdirir. Bu, öz növbəsində, problemlərdən qaçmağı, məsuliyyəti başqaların üstünə yıxmağı təşviq edir. Nəticədə, hamı inkarçılığın tələsinə düşür. İnsanlara elə gəlməyə başlayır ki, dünəni inkar etməklə onun problemlərindən qurtulmaq, gələcəyə yeni bir yol açmaq olur. Bu, kökündən yanlış bir yanaşmadır. Keçilmiş yoldan asılılıqdan qurtulmaq olmur. Heydər Əliyevin qəbulu Əbülfəz Elçibəyin inkarı, Məhəmməd Əmin Rəsulzadəyə sayğı Nəriman Nərimanova hörmətsizlik hesabına və s. olmamalıdır. Onların bir zamanlar bir-birinə qarşı olmaları heç nəyi dəyişmir. Hamısı bizimdir, tariximizdir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Naxçıvana ABŞ-la eyni sistem yaradıblar: Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir…”- SİYAVUŞ NOVRUZOV – DEPUTATLAR NAXÇIVANLA BAĞLI MƏSƏLƏNİ GÜNDƏMƏ GƏTİRDİLƏR

Read Next

“Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”-SPİKERDƏN İRAD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir