“Heydər Əliyevin qızına Sevil adını verməsi heç də təsadüfi deyildi…” – XALQ YAZIÇISI – FOTOLAR

ELMİRA AXUNDOVA: O, Azərbaycan ədəbiyyatı ilə yanaşı, klassik rus ədəbiyyatını da sevə-sevə mütaliə edirdi. Rəsm çəkməyi, idmanla məşğul olmağı, teatrı, Cəfər Cabbarlının əsərlərini, xüsusən “Sevil” tamaşasını çox sevirdi… 

Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Açıq dərs” keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Bədəlan və Hişkədərə kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə məktəblilər tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, onun  zəngin və mənalı ömür yolunu əks etdirən videokadrlar nümayiş etdirilib.

“Açıq dərs”i keçən Bədələn kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Məhbubə Şahbazovanın şagirdlərə verdiyi “Biz ulu öndər Heydər Əliyev haqqında nə bilirik?” ilk sualına məktəblilər böyük rəhbərin həyat və fəaliyyəti barədə ətraflı cavab veriblər.

Tədbirdə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı rayonda keçirilən müsabiqənin iştirakçısı, Bədələn kənd tam orta məktəbinin X sinif şagirdi Dünya Cəfərzadənin və Hişkədərə kənd tam orta məktəbinin XI sinif şagirdi, builki buraxılış imtahanlarında 610 bal toplamış Fərid Qafarovun mövzuyla bağlı təqdimatları dinlənilib.

elmira-heydar

“Açıq dərs”də çıxış edən Xalq yazıçısı, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Elmira Axundova Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yoluna həsr olunmuş 7 cildlik “Şəxsiyyət və Zaman” roman-tədqiqat əsəri barədə məlumat verərək böyük rəhbərin Naxçıvanda orta məktəbdə və texnikumda təhsil aldığı illərdəki nümunəvi davranışlarından və müsbət keyfiyyətlərindən danışıb:

“Ulu öndər Heydər Əliyev Azərbaycan dilində təhsil alsa da, rus və türk dillərini mükəmməl bilirdi. O, Azərbaycan ədəbiyyatı ilə yanaşı, klassik rus ədəbiyyatını da sevə-sevə mütaliə edirdi. Rəsm çəkməyi, idmanla məşğul olmağı, teatrı, Cəfər Cabbarlının əsərlərini, xüsusən “Sevil” tamaşasını çox sevirdi. Sonralar qızına Sevil adını verməsi heç də təsadüfi deyildi. Böyük rəhbərimiz orta məktəb müəllimlərini həmişə sevgi ilə xatırlayırdı. O, Naxçıvanda orta məktəb illəri haqqında deyərdi ki, çoxlu adamlar görüb, böyük şəxsiyyətlərlə qarşılaşıb, kimsə yaddaşında əbədi qalıb, kimsə silinib gedib. Ancaq onun üçün ən yaddaqalan, ən əziz Naxçıvandakı müəllimləri olub və onları adbaad xatırlayır”.

E. Axundova sonra  şagirdlərə müraciət edərək deyib:

“Çox istərdim ki, böyük rəhbərimizin ömür yolu sizə örnək olsun, çünki onun ömür yolu bir məktəbdir. Bu məktəbdən bəhrələnmək lazımdır”.

Kitabı ən yaxın dost, biliyi ən zəngin sərvət kimi dəyərləndirən deputat şagirdlərin suallarını cavablandırıb, Heydər Əliyevlə bağlı xatirələrini danışıb.

Tədbirdə iştirak edən Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, Bədəlan kənd orta məktəbinin direktoru Arif Mehtiyev çıxış edərək, xanım deputata tez-tez onları yad edərək bu cür tədbirlərdə iştirak etdiyi və öz təcrübəsini bölüşdüyü üçün minnətdarlıqlarını bildiriblər və Xalq yazıçısına yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra şagirdlərə yazıçı E. Axundova müəllifi olduğu “Şəxsiyyət və Zaman” çoxcildlik roman-tədqiqat əsəri və son zamanlar nəşr olunmuş digər kitablarını şagirdlər üçün imzalayaraq hədiyyə edib.

Tədbir iştirkçıları sonda xatirə şəkili çəkdiriblər.

kitab-emma-1

kitab-emma-2

kitab-emma-3

kitab-emma-4

kitab-emma-5

kitab-emma-6

kitab-emma-7

Etikxeber.az

 

Read Previous

“Nəticəni çox da gözləməli olmadıq, çünki…” – MİLLƏT VƏKİLİ

Read Next

Prezident müdafiə nazirini “Şöhrət” ordeni ilə təltif etdi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir