Heydərov qələbə ilə başladı, gimnastlar və cüdocularımız isə finalda – FOTO – YENİLƏNİB (2)

Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı IV İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

Etikxeber.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz iordaniyalı Aiah Kitanehi ipponla məğlubiyyətə uğradıb.

***

Azərbaycanın qadın cüdoçusu Xanım Hüseynova “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Dörddəbir finalda tükmənistanlı rəqibi Ayna Jumakulyeva üzərində təmiz qələbə qazanan Xanım Hüseynova növbəti mərhələyə yüksəlib. Cüdoçuzmuzun yarımfinaldakı rəqibi tunisli Məryəm Bjaoui olacaq.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

73 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz ilk döyüşündə toqolu Adebayo Frederik Olimpionu məğlub edərək dörddəbir finala yüksəlib.

***

Daha bir karateçimiz IV İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Fəridə Abiyeva (61 kq) yarımfinal mərhələsində özbəkistanlı rəqibi üzərində inamlı qələbə qazanaraq finala adlayıb.

Turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Nuranə Əliyeva isə yarımfinalda İran təmsilçisi Nasrin Dusta məğlub olub.

***

Milli Gimnastika Arenasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında qadınlar arasında təsnifat mərhələsi başa çatıb.

Təsnifat mərhələsi qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib.

Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova təmsil ediblər.

Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar.

İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.

***

Kişilər arasında yarışda mübarizəyə dörddəbir finaldan qoşulan Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) Tacikistan idmançısı Behruzi Xojazoda ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən cüdoçumuz ipponla qalib gələrək Oyunların yarımfinalına adlayıb.

***

Azərbaycanın daha bir cüdoçusu IV İslam Həmrəyliyi Oyunlarının finalında çıxış edəcək.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda Qırğızıstan idmançısı Otar Bestayevi məğlubiyyətə uğradıb.

Onun finaldakı rəqibi türkiyəli Bəkir Özlü olacaq.

***

Karateçimiz Firdovsi Fərzəliyev finala gedən yolda uğursuzluqla üzləşib.

O, yarımfinalda Türkiyə təmsilçisi Aykut Kayaya 0:1 hesabı ilə məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşə çıxacaq.

***

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.

49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda Omid Əhmadisafa (İran) ilə üz-üzə gələcək.

Yeniyetmələrin Olimpiya Oyunlarının qalibinin rəqibinin adına bu gün keçirilən 1/8 final döyüşündən sonra aydınlıq gəlib. Tolqahan Öztürkü (Türkiyə) mübarizədən kənarlaşdıran iranlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.

Etikxeber.az

Read Previous

İslamiada: Karateçi Rəfael Ağayev adını finala yazdırdı

Read Next

“Bakı-2017″də Azərbaycanın ilk qızıl medalı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir