Heyf Sizdən, Aslan müəllim, çox heyf…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bir az öncə çox pis, çox üzücü, çox kədərləndirici bir xəbər aldım…

Aldığım xəbərdən sanki dünyam başıma uçdu…

Aramızda böyük yaş fərqi, məsafəsi olmasına baxmayaraq, son 20 ilə yaxın müddətdə dostluq etdiyim, özümə böyüyüm, ağsaqqalım, mənəvi ata bildiyim Aslan müəllim-tanınmış keçmiş partiya və dövlət xadimi Aslan Nəsibov bu gün-bir neçə saat öncə dünyasını dəyişib, bizləri, sevənlərini cismən və əbədiyyən tərk edib, Haqqın dərgahına qovuşub…

Aslan müəllimi qiyabi şəkildə orta məktəb-ötən əsrin 80-ci illərdən, Tovuzda birinci katibi işləyən dövrlərdən tanıyırdım, hamı ondan razılıq edirdi…

Sonra, 2000-ci illərin əvvəllərində isə jurnalistlik fəaliyyətimlə bağlı onu, O böyük insanı əyani şəkildə tanıdım və bu tanışlıq dostluğa, ailəvi dostluğa, ata-bala münasibətlərinə çevrildi…

Haçan mənən çətinə, dara düşəndə, darıxanda…Aslan müəllimə üz tutur, onlara gedir, saatlarla söhbətləşir, dərdləşir, zarafatlaşır, yüngülləşirdim…

Dərd, fikir ortağım idi, ortağı idik…

Doğum günü belə dəqiq məlum olmayan, həyatda çox əzablar, əziyyətlər çəkən Aslan müəllim yaşadığı acılara…rəğmən böyük, güclü yumor hissinə də malik idi…

Adam onunla heç vaxt, heç zaman darıxmırdı, darıxmazdı…

Uşaqla uşaq, böyüklə böyük idi…

Kimsəni qırmazdı, üzməzdi…

Həm də çox nurlu, çox ağayana, çox kübar, çox savadlı, çox qonaqpərvər, çox sadə, çox həlim…insan idi…

Uzun illər işlədiyi, şərəfləndirdiyi vəzifələr də, kürsülər də…onu dəyişməmişdi, dəyişə bilməmişdi…

Çünki sadəlik, kübarlıq, gözü-könlü toxluq, insanlıq…ruhunda, qanında idi…

Övladları da özü kimi, səmimi, sadə, mehriban, kübar…

Başqa cür də ola bilməzdi…

Çox üzüldüm, çox…

Yazdıqca da, əllərim, bədənim, ruhum titrəyir, göz yaşlarım selə dönür…

Aslan müəllimin yoxluğuna heç cür inana bilmirəm, özümü inandıra bilmirəm..

Çox heyf, çox…

Məni də bu fani dünyada yetim qoyub getdiniz…

Allah Sizə qəni-qəni rəhmət etsin, Aslan müəllim, nurlu məkanınız cənnətlik, behiştlik olsun!

Allah ailənizə, övladlarınıza, əzizlərinizə, İradə xanıma səbrlər versin!

Nurlar içində yatın, Böyük İnsan, Bütöv Şəxsiyyət!

Hər zaman qəlbimizdəsiniz, qəlbimdəsiniz!

https://oxu.az/politics/311279

https://modern.az/az/news/18486

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bunlar “YAŞAT”-ın üzərinə düşən məsuliyyəti daha da artırır, daha böyük gözləntilərin meydana çıxmasına səbəb olur…”-MİLLƏT VƏKİLİ

Read Next

Bu ölkədə referenum və yerli orqanlara seçkilər-KEÇİRİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir