“Heyvanları qorumaq hər kəsin borcudur…” – CƏZALAR SƏRTLƏŞDİRİLİR

“Heyvanlarla vəhşicəsinə davranan şəxslər haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulur”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin noyabrın 28-də keçirilən iclasında komitənin sədri Eldar İbrahimov deyib.

eldar-2

Komitə sədrinin  sözlərinə görə, bununla bağlı yalnız İnzibati Xətalar Məcəlləsinə deyil, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.

“Heyvanları məhv etmək, onlara pis münasibət göstərmək olmaz. Heyvanları qorumaq hər kəsin borcudur. Nəinki vəhşi heyvanlar, ev heyvanları haqqında da qanunvericliyə dəyişikliklər ediləcək”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

KAMİL

Etikxeber.az

Read Previous

“Bu, onun təsdiqi deyilmi ki, hayların Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa dayanır?! – DEPUTAT YAZIR

Read Next

Əkin yerlərinin yandırılması qadağan edilir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir