Hicablı qadınların dövlət və özəl idarələrə daxil olması qadağan edilir…

Tacikistan hökuməti hicablı qadınların dövlət və özəl idarələrə daxil olmasını qadağan edən qanun layihəsi hazırlayır.

Etikxeber.az xəbər verir ki, hökumət qadınlara hicab və qara rəngli baş örtüyü taxmağı məsləhət görmür.

Bu qurum dəfələrlə əhali arasında izahat işi aparıb, hicablı qadınlara başa salmağa çalışıb ki, bu tacik qadınlarının milli ənənələrinə və mədəniyyətinə ziddir. Bununla belə, ölkədə hicablı qadınların sayı getdikcə çoxalır. Onların arasında gənc qızlar da az deyil.

Tacikistanın hüquq müdafiəçiləri və hicab geyinən qadınlar bu məhdudiyyətləri insan hüquqlarının və azadlıqlarının pozulması kimi qiymətləndirirlər.

Etikxeber.az

Read Previous

Ərdoğanla Tramp görüşdü – TELEFONDA

Read Next

Bunları Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir