Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin finalına vəsiqə qazanıb.
Etikxeber.az xəbər verir ki, Qran-Prinin ikinci günündə mübarizəyə qoşulan Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Həlledici mərhələdə onun rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvartov olacaq.
Çin Qran-Prisində 43 ölkədən 300-dən çox cüdoçu iştirak edir.
Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi olub.
Etikxeber.az