Hikmət Hacıyev Novruz Məmmədovun yerinə təyin edildi – SƏRƏNCAM

Ölkə prezidenti İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında  Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

hikmat-musahiba

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni (aprel ayına kimi) hazırda baş nazir olan  Novruz Məmmədov icra edirdi.

Etikxeber.az

Read Previous

Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türk mətbuatını türk dilində izləyir – SOLOVYOV

Read Next

Ombudsmanın maaşı artırıldı, BÜDCƏ MÜZAKİRƏLƏRİ YENİDƏN BAŞLANDI – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir