Hikmət Hacıyev “The New York Times” nəşrinə-AÇIQ MƏKTUB ÜNVANLADI

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The New York Times“ nəşrinə açıq məktub ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

“Hər kəsin səsinin çatdırılması üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, “The New York Times“ alternativ baxışlara maneələr və bürokratik əngəllər qoyur.

Ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı “X” sosial şəbəkəsi daha güclü alternativ, azad və açıq platforma təqdim edir.

“The New York Times” daxil olmaqla, bu məqalələrin hamısını yoxlayarkən belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət qurumunda və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib”, – deyə Hacıyev qeyd edib.

Etikxeber.az

Read Previous

ABŞ-ın birinci ledisi-KORONAVİRUSA YOLUXDU

Read Next

“Bizimlə axırncı dəfə oktyabrın 30-da danışdı, ondan sonra Ülvi ilə əlaqə saxlamaq mümkün olmadı…”-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÜLVİ HƏSƏNOVUN ANASI KƏMALƏ HƏSƏNOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir