Hind mətbəxi növbəti dəfə Bakıda

Bakıda hind mətbəxi festivalı keçirilib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Hayat Recensi-Naxçıvan” mehmanxanasında baş tutan festival Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana və Milli Məclisin deputatı Jalə Əliyeva festival çərçivəsində “Hindistan-Azərbaycan dostluğu ili”nin loqosunu qonaqlara təqdim ediblər.

Həmçinin, festivalda populyar hind yeməklərinin hazırlanma reseptlərinin olduğu “Hindustani Khana” kitabının ingilis və Azərbaycan dilində olan nəşrləri də qonaqlara paylanılıb.

Festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklərin nümayişi ilə yanaşı, qədim və müasir hind rəqsləri, müxtəlif əyləncə və oyunlar da təşkil olunub. Tədbir çərçivəsində pavilyonlarda rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də yer alıb.

Festivalın keçirilməsində məqsəd azərbaycanlıları hind mətbəxi ilə yaxından tanış etmək, iki ölkə arasında mədəni əlaqələrin inkişafına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, əldə olunan vəsaitlər Azərbaycanda xeyriyyə işlərinə sərf olunacaq.

Etikxeber.az

 

Read Previous

Bəxtiyar Əliyev: “Bütün bunlar ermənilər tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir”

Read Next

Həm evləndilər, həm referenduma qatıldılar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir