Hindistan Ermənistana silah satmağa hazırlaşır? – RƏSMİ AÇIQLAMA(LAR)

XİN: “Məsələ tərəfimizdən araşdırılır”

Milli Məclisin (MM) Azərbaycan-Hindistan Parlamentlərarası  Dostluq Qrupu: “Ermənistanın dəhşətli  dərəcədə daxili və xarici borcları var.Onları ödəmədikləri halda, Hindistanın belə bir addıma getməsi inandırıcı görünmür”

Ermənistan Hindistan istehsalı “Pinaka” yaylım atəşli reaktiv sistemləri ilə maraqlanır.

Qeyd edək ki, məlumat Hindistan KİV-də yerləşdirilib və bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib. “Times of India” nəşrinin məlumatına görə, sistemi işləyib hazırlayan, Hindistanın Silahların Araşdırılması və Hazırlanması Fondunun rəhbəri K.M.Racan erməni nümayəndə heyətinin silahlarla tanış olduğunu bildirib. “Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Hindistanın rəsmi şəxsləri ilə görüşüb və silahlarla tanış olub”, – Ovannisyan deyib.

silah

Xatırladaq ki, Hindistanın 214 millimetrlik reaktiv sistemi olan “Pinaka” düşmənin canlı qüvvəsini, zirehli texnikalarını, raket buraxılış qurğularını, komanda məntəqələrinin dağıdılmasını, rabitə qovşaqlarını və hərbi-sənaye infrastrukturu obyektlərini məhv etmək üçün nəzərdə tutulub.

“Ermənistanın pulu var ki, hələ bir silah da alsın?! Bu ölkənin milli iqtisadiyyatı yox dərəcəsindədir, dağılıb, bərbad gündədir. Onlar indi hansı pulla, hansı vəsaitlə silah alacaqlar, adama gülməli görünür”.

rufet-quliyev

Bunu isə Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-Hindistan Parlamentlərarası  Dostluq Qrupunun üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, Ermənistanın bütün “iqtisadiyyatı”, infrastrukturu oliqarxların, xüsusilə, Rusiyalı biznes, iş adamlarının əlindədir: “Bu ölkə oliqarxlardan asılı vəziyyətdədir. Bəlkə də, az-çox siyasi müstəqillikləri qalıb, o da inandırıcı görünmür, amma iqtisadi cəhətdən tam asılı vəziyyətdədirlər. Ölkənin dəmiryol nəqliyyatı, poçtu və digər sahələri ki xarici oliqarxların, əcnəbi milyarderlərin əlində ola, orada hansı milli iqtisadiyyatdan, puldan danışmaq olar?!Ayrı iki yol qalır, biri kredit, borc hesabına silah almaq, biri də xarcidəki erməni lobbisinin hesabına bunu reallaşdırmaq. Bunlar da real görünmür. Çünki bu ölkənin dəhşətli dərəcədə daxili və xarici borcları var.Onları ödəmədikləri halda, Hindistanın belə bir addıma getməsi inandırıcı görünmür. Həmçinin, erməni lobbisi də artıq Ermənistandan, ermənilərdən bezib. 20-25 ildə yatırdıqları pulların qarşılığını ala bilmirlər, hər şey sıfırın altındadır. Odur ki, siyasi məsələləri bir kənara qoyaraq, yəni münaqişə ilə bağlı bəlli mövqeləri, Hindistanın Qoşulmama Hərəkatının üzvü və sair olmasını nəzərə almayaraq, hesab edirəm ki, bunlar iqtisadi cəhətdən mümkün olan məsələlər deyil. Ermənistanın ayaq üstə durmağa halı yoxdur, kim hansı ağılla onlara dəyəri milyardlarla ölçüləcək silah satar?!”.

Millət vəkili Azərbaycanla Hindistanın uzun illərdir əməkdaşlıq münasibətlərinə malik olduğunu, hər iki ölkənin Hindistanın özünün üç təsisçisindən biri olduğu Qoşulmama Hərəkatında təmsil edildiklərini qeyd edərək, adıçəkilən ölkənin belə bir zərərli və yanlış addıma getməyəcəyini sözlərinə əlavə edib:“Bu barədə mövqeyimi Dostluq Qrupunun üzvü kimi Hindistanın Azərbaycandakı səfirliyinə də çatdıracam”.

Dostluq Qrupunun digər üzvləri isə məsələ haqqında danışmaq istəmədiklərini bildirib və sadəcə, belə bir məsələnin baş verəcəyi halda, onun münasibətlərə ciddi zərər vura biləcəyini söyləməklə kifayətləniblər.

hikmet

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də mətbuata açıqlamasında deyib ki, məsələ onlar tərəfindən araşdırılır.

“Məsələ hindistanlı tərəfmüqabillərimizlə müzakirə olunacaq”, – deyə H.Hacıyev əlavə edib.

Etikxeber.az

Read Previous

Merkel ilk dəfə Mesut Özildən danışdı…

Read Next

Təhdidlər ola bilər, bunlar istisna olunmur, amma təhlükəli səviyyədə deyil – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir